Dünya futbolu

“Beşiktaş”a makedoniyalı hücumçu

“Beşiktaş” heyətini yeni futboçu ilə gücləndirmək niyyətindədir.
Türkiyə mətbatının yaydığı məlumata görə, Vaqner Lav və Kayl Larin ilə yollarını ayırmağı planlaşdıran  İstanbul klubu “Konyaspor”un hücumçusu Adis Jahoviçi tranasfer etmək istəyir. “Qara qartallar” makedoniyalı oyunçu üçün “Konyaspor”a 1,6 milyon avro təklif edib.

Qeyd edək ki, Makedoniya millisinin üzvü bu mövsüm “Konyaspor”un heyətində 16 oyuna 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43