Kateqoriyasız

“Beşiktaş”ın sabiq futbolçusu “Sabah”da?

Rusiya mətbuatı iddia edir ki, Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav “Sabah”an təklif alıb.

İdmanxeber.az-ın məlumatına görə, son olaraq “Kayrat”da çıxış etmiş 38 yaşlı hücumçunun Azərbaycanda oynaması realdı. Həqiqətən də tərəflər arasında danışıq olub. Lakin “Sabah” ulduz futbolçunu transfer edib-etməyəcəyi sual olaraq qalır. Çünki “sambaçı” yaxşı maaş tələb edir.

“Sabah” rəhbərliyi “Beşiktaş”ın sabiq futbolçu ilə bağlı məsələdə tələsik qərar vermək istəmir. Bu səbəbdən də bu transferin baş tutub-tutmayacağı bir neçə gün içərisində dəqiqləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43