Dünya futbolu

Beylin cəzası açıqlandı

İspaniya La Liqasının XXIV turunda “Las Palmas”la görüşdə rəqibini vurduğu üçün qırmızı vərəqə alan Madrid “Real”ının futbolçusu Qaret Beylin cəzası açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, İspaniya Futbol Federasiyasının İntizam Komitəsi uelsi futbolçuya  iki oyunluq cəza verib.

O, qarşıdan gələn “Eybar” və  “Betis”lə oyunları buraxacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43