Az öncə yekunlaşan “Bakı” – “İnter” (0:1) matçının sonlarına yaxın ikincilərin hucumçusu Baçana Sxadadze zədələnərək yerdə qalıb.
“Zolaqlılar”ın üvzü Etto ilə mübarizədə üzündən zədə alan gürcüstanlı hücumçu dərhal tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
İdmanxeber.com-un klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, ilk öncə klub həkimləri ona beyin silkələnməsi diaqnozu qoyublar. Yalnız bu hələ dəqiq diaqnoz deyil. Belə ki, futbolçunun çənəsi qırılıb.
Xəstəxanada həkimlərin qoyacağı son diaqnoz yaxın saatlarda tam bəlli olacaq.