Ölkə futbolu

Şahin Diniyev “casus” rolunda, Lökbatanda fərqli matç

Azərbaycan birinci divizioonunda 12-ci turun oyunları davam edir.

Lökbatanda keçirilən “Qaradağ Lökbatan” – “Mil-Muğan” matçında meydan sahibləri 3 xalı 3 qolla qazanıblar.

“Qaradağ Lökbatan”ın heyətində Ruhid Usubov (19),  Novruz Ələkbərov (70) və Yasin Yaqubzadə (75) fərqləniblər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, oyunu “Rəvan”ın baş məşqçisi Şahin Diniyev də izləyib. Ölkə kubokunda “Qaradağ Lökbatan”la qarşılaşacaq “Rəvan”ın baş məşqçisi Diniyev rəqibinin nəyə qadir olmasını iş başında görmək üçün bu matçı izləməyə getmişdi. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43