Ölkə futbolu

“Bir şey fikirləşib, tam hazır olmağa çalışacağıq” – Ayxan Abbasov

Misli Premyer Liqasında XVII turun “Turan Tovuz” – “Neftçi” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Yenə şəhidimiz var. “Neftçi”nin əməkdaşəı da dünyasını dəyişib. Çox üzücüdür. Allah rəhmət eləsin!

Azarkeşlərimizə təşəkkür edirəm. Bəlkə də, ən yaxşı oyunumuzu oynadıq. Getdikcə inkişafı görürdük. Təəssüf ki, oyunu xalsız başa vurduq. Futbolçularıma təşəkkür edirəm. Qarşıda kubokda çətin matçımız var. Ona hazırlaşacağıq. İtkilərimiz var. Bir şey fikirləşib, tam hazır olmağa çalışacağıq.

– Məğlubiyyətin səbəbi nə oldu?
– “Neftçi” təcrübəli komandadır. Penaltidən qol buraxdıq. Bu gün VAR dəqiq baxır. Hətta yıxılanda belə əlini qoymalısan. Bununla ikinci dəfə qarşılaşırıq. Daha diqqətli olmalıyıq. Belə oyunlar olur. Əsas odur ki, gələcək matçlar üçün işıq görünür. Daha yaxşı ola bilərik.

– Komandanız çoxlu qol imkanından yararlana bilmədi…
– Qalib gəlmək istəyirsənsəı, epizodları dəyərləndirməlisən. Xüsusən, “Neftçi” kimi komandaya qarşı. Rəqibin müdafiəsini yara bilirdik. Sadəcə, son nöqtəni qoymaq çatmadı. Futbolda bu şeylər də olur.

– Kubokda yenidən “Neftçi” ilə qarşılaşmaq ehtimalınız var…
– Gərək biz keçək, “Neftçi” keçsin… Qismətdir. Bu dəqiqə rəqib barədə çox düşünmürük. Əsas “Kəpəz”lə matçdır. Bir az üstünlüyümüz var. Maraqlı oyun olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43