04 İyul 2026
Kateqoriyasız

Birinci divizion: “Qaradağ Lökbatan”dan qələbə

Futbol üzrə Azərbaycan birinci divizionunda 18-ci tura start verilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk oyun günündə üç qarşılaşma baş tutub.

Lider “Neftçala” evdə “Turan Tovuz”a 0:1 hesabı ilə uduzub. “Qaradağ Lökbatan” səfərdə “Göyəzən”ə 2:0 hesabı ilə qalib gələrək liderlə xal fərqini 2-yə endirib.


17 mart

Birinci divizion, 18-ci tur

“Neftçala” – “Turan  Tovuz” – 0:1
Qol:
 Tadıq Əliyev, 55 (0:1)

“Göyəzən” – “Qaradağ Lökbatan” – 0:2
Qollar:
 Rüfət Məmmədov, 61-pen (0:1), Sabir Allahquliyev, 86 (0:2)

“Bakı” – “Zaqatala” – 3:0
Qollar:
 Ramil Rəhimzadə, 38 (1:0), Oruc Balaşlı, 58 (2:0), 90+1-pen (3:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43