Azərbaycan I Liqa təmsilçisi “Şəfa” çempionatlarda yaranmış fasilədə “Araz Naxçıvan”la yoxlama matçı keçirib. İki qolun qeydə alındığı oyunda qalib müəyyənləşməyib – 1:1.
Matçdan sonra Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli İdmanxeber.az saytına görüşü belə şərh edib:
“İlk hissədə əks-hücumlara daha yaxşı çıxa bilirdik. Bundan əlavə, oyunun bəzi hissələrində topa nəzarət etməyi də bacarırdıq. Birinci qoldan sonra, hissənin sonlarında hesabı artıra da bilərdik.
İkinci hissədə, xüsusən də 60-cı dəqiqədən sonra oyun tamamilə rəqibin üstünlüyü şəraitində keçdi. Bu da başadüşüləndir — rəqib anlayırdı ki, oyunu uduzmaq olmaz. Həm də onların keyfiyyəti daha çox ön plana çıxdı”.

