12 İyul 2026
Ölkə futbolu

“Bizim üçün tarixi qələbə oldu” – “Sabah”ın məşqçisi

“Yaxşı oyun alındı. Kifayət qədər aqressiv matç idi. Sonlara yaxın gərginlik artdı. Futbolçulara təşəkkür düşür. Bu gün tarixi qələbə qazandıq”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Sabah”ın məşqçisi Artur Olen “Qarabağ” qalibiyyəti (2:1) sonarı deyib. O, daha sonra jurnalistlərinin suallarını cavablandırıb:

– “Sabah” tarixində ilk dəfə “Qarabağ”ı məğlub etdi…
– Bizim üçün tarixi qələbə idi.

– Nəticə oyuna görə oldu?
– Layiqli qələbə qazandıq. Hər iki tərəfin təhlükəli epizodları oldu. Düşünürəm ki, bu nəticə ədalətli oldu.

– “Qarabağ”la xal fərqi 9-a endi. Çempionluq şansınızın olduğunu düşünürsüz?
– Qarşıda 6 oyunumuz var. Hər matça qələbə üçün çıxırıq. Rəqiblərimizin nəticələri ilə maraqlanmırıq. Sonda vəziyyətin necə olduğuna baxacağıq.

– Kapitan kimi Abdulaye Ba meydana çıxdı. Bunun səbəbi nədir?
– Kollektivin qərarlarıdır. O, bizim vitse-kapitanımızdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43