İdman

Boks yığmamız Budvaya yollandı

Martın 5-də Monteneqronun Budva şəhərində gənc boksçular arasında ənənəvi “Adriatik incisi” beynəlxalq turniri start götürəcək.

İdmanxeber.az məlumat verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Turnirdə yığmanın baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında Bilalhəbəşi Nəzərov (48 kq), Zidan Hümbətov (51 kq), Məhəmmədəli Aşurəliyev (57 kq), İbrahim Zeynalov (63,5 kq), Hüseyn Hacıyev (67 kq) və Ziya Həsənov (71 kq) qüvvəsini sınayacaq.

Qızların yarışında isə məşqçi Anar Baxışovun rəhbərliyi altında Lalə Mədətova (48 kq), Nərmin Əlizadə (50 kq), Aynur Mikaylov (54 kq), Qızbəs İsgəndər (57 kq) və Emili Rzayeva (63 kq) gücünü yoxlayacaq.

“Adriatik inci”sində Azərbaycanı hakim kimi Rövşən Qədirov təmsil edəcək.

Bu gün səfərə yollanan yığma martın 11-də Bakıya qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43