İdman

Boksçumuz lisenziya turnirinə qələbə ilə başladı

Tailandın paytaxtı Banqkokda boks üzrə 2-ci Dünya Olimpiya Təsnifat Turnirinə start verilib.

İdmanxeber.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin heyətində Şamil Əsgərov mübarizəyə qoşulub.

57 kq çəkidə qüvvəsini sınayan boksçumuz 1/32 final çərçivəsində Sinq-Yu Tso (Honkonq) ilə qarşılaşıb. Döyüş Əsgərovun 4:1 (29:28, 28:29, 29:28, 30:27, 29:28) hesablı qələbəsi ilə başa çatıb.

O, ikinci görüşündə ilk mərhələdən azad olan Rujakran Jantronqla (Tailand) üz-üzə gələcək. Döyüş mayın 28-də olacaq.

Qeyd edək ki, yarışda Azərbaycan milli komandası 9 boksçu ilə təmsil olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43