Azərbaycan II Liqa klubu “Şəmkir”də maliyyə problemləri yaşanır. Çempionatın iddialı komandalarından olan bölgə təmsilçisində işlər yolunda getmir.
Mövsüm başa çatsa da, futbolçular klubdan iki aylıq maaşlarını ala bilmirlər. Hər gün rəhbərliyə müraciət edən oyunçulara konkret cavab verilmir.
Bölgə klubu II Liqada dördüncü pillə üçün mübarizə aparırdı. Komandanın əsas məqsədi bu pilləni tutaraq, I Liqadan gələcək klubla pley-off oynamaq idi. Ancaq Şəmkir klubu məqsədinə çata bilmədi. Komanda 4-cü pillə uğrunda mübarizədə “Hypers Guba”ya uduzdu.
Bu səbəbdən də Şəmkir klubunda ciddi problemlər yaşanır. Bölgə təmsilçisi hədəfə çata bilmədiyi üçün oyunçuların maaşlarını ödəmək istəmir. Artıq komandanın baş məşqçisi Vüqar Nadirovun da klubdan ayrıldığı bildirilir.
İdmanxeber.az

