27 İyun 2026
Ölkə futbolu

Bölgə təmsilçisi ev oyunlarını bu stadionda keçirəcək – RƏSMİ

Azərbaycan 2-ci liqasında mübarizə aparan “Şəki Siti” komandası bir müddət Şəkidə çıxış edə bilməyəcək.

İdmanxeber.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Məlumatda bildirilib ki, bölgə təmsilçisi ev matçlarını Zaqatalada oynamalı olacaq: “Şəki şəhər stadionu Peşəkar Futbol Liqasının təftiş qrupu tərəfindən qəbul edilənə qədər “Şəki Siti” ev oyunlarını Zaqatala OİK stadionunda keçirəcək”.

Qeyd edək ki, sözügedən komanda hazırda 2-ci liqada 26 xalla 4-cüdür.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43