İdman

Bolqarıstanda qızıl medal- Finala gedən yolda erməni boksçunu məğlub etdi

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” turnirinə yekun vurulub. 34 ölkədən 240 idmançının mübarizə apardığı yarışda uğurla çıxış edən Azərbaycan millisinin heyətində “Qəbələ” İdman Klubu da təmsil olunub. Klubun boksçusu Lorenzo Sotomayor Sofiyada qüvvəsini sınayıb. 64 kq çəki dərəcəsində çıxış edən idmançı yarışın qalibi adını qazanıb. Sotomayor fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqda ciddi müqavimətlə üzləşməyib. Finala gedən yolda erməni boksçunu də mübarizədən kənarlaşdıran boksçumuz həlledici döyüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla üz-üzə gəlib. Qızıl medala yiyələnən təmsilçimiz final döyüşünün hər 3 raundunda rəqibindən üstün olub. İdmançı turnirin ən texnikalı boksçusu seçilib.

Qeyd edək ki, “Strandja” turniri iyunda keçiriləcək Avropa oyunlarına hazırlıq xarakteri daşıyır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43