15 İyun 2026
Dünya futbolu

“Borussiya” baş məşqçi ilə müqavilə uzatdı

“Borussiya” baş məşqçi Niko Kovaçla müqaviləni uzadıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb. Yeni müqavilə 2027-ci ilə qədər qüvvədədir.

Xorvatiyalı mütəxəssis 2025-ci ilin yanvarında “Borussiya”ya başçılıq edib. Onun rəhbərliyi altında komanda ötən mövsüm Bundesliqada dördüncü yeri tutaraq Çempionlar Liqasına yüksəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43