“Borussiya” (Dortmund) Emre Canın müqaviləsini 3 il uzadacaq.
İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Edin Terziç təcrübəli yarımmüdafiəçinin komandada qalmasını xüsusilə tələb edib.
“Qalatasaray” və “Fənərbağça”nın da yaxından maraqlandığı Emre Dortmund təmsilçisində oynamağa davam edəcək.
O, 2020-ci ilin yanvarında “Borussiya”ya qoşulub. Bu müddətdə 121 oyuna çıxıb və 12 qol vurub.

