27 İyun 2026
Dünya futbolu

Braziliyalı müdafiəçi Kipr klubunda

Braziliyalı müdafiəçi David Luis Kiprin “Pafos” klubu ilə müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, 38 yaşlı oyunçu ilə sözləşmə 2027-ci ilin yayına kimi qüvvədədir. Müdafiəçi kluba azad agent kimi keçib.

David Luis Avropada “Benfika”, “Çelsi”, PSJ və “Arsenal”da çıxış edib.  2025-ci ilin yanvarından Luis “Fortaleza”da çıxış edir. Onun Braziliya klubunun heyətində 17 matçı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43