Dünya futbolu

Braziliyaya yollanacaq daha iki xoşbəxt ölkə məlum oldu

Gələn il Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gəlib.

Hər iki vəsiqəni Afrika zonasını təmsil edən millilər qazanıb.

Səfərdə Efiopiyanı 3:1 hesabı ilə məğlub edən Nigeriya yığması bu dəfə rəqibini doğma meydanda qəbul edib. 2:0 hesablı qələbə qazanan Nigeriya dünya çempionatına vəsiqəni əldə edib.

Digər matçda isə Fildişi sahili Seneqalla üz üzə gəlib. Oyunda qalib müəyyənləşməyib – 1:1. Ümumi nəticəyə görə, dünya çempionatına yollanan milli Fildişi sahili olub.

Qeyd edək ki, yığmalar arasında ilk oyun Fildişi sahili yığmasının xeyrinə nəticələnmişdi – 3:1.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43