08 İyul 2026
Dünya futbolu

“Bu barədə danışmaq çox çətindir” – Vinisius

“Real”ın futbolçusu Vinisius yerli mətbuata müsahibə verib.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı oyunçu irqçiliklə bağlı problemlərdən söz açıb. O, bu halların hələ də davam etməsini utancverici adlandırıb:

“Hər kəsin dini, dili və rəngi fərqlidir. Hər müsahibədə bu haqda danışmaq çox üzücüdür. Ümid edirəm ki, irqçilik halları azalacaq, daha yaxşı bir dünyada yaşıyacağıq.

Etiraf edim ki, bu barədə danışmaq həmişə çox çətindir. Artıq bu haqda müsbət fikirlər söyləmək istəyirəm.

Mən və ailəm vaxtı ilə bundan çox əziyyət çəkmişik. Bunun üçün də braziliyalı uşaqların eyni durumu yaşamaması üçün irqçiliyə aid bir neçə layihə həyata keçirmək niyyətindəyik”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43