08 İyul 2026
Dünya futbolu

Naqelsmanı göndərmək kluba baha başa gələcək

“Bavariya” baş məşqçi Yulian Naqelsmana yüklü təzminat ödəyə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Münhen klubu almaniyalı çalışdırıcını istefaya göndərir. Komandanın çıxışı rəhbərliyi qane etmir.

Naqelsmanı qovmaq kluba baha başa gələ bilər. Belə ki, almaniyalı çalışdırıcının 2026-cı ilə qədər “Bavariya”yla müqaviləsi var. 

Naqelsman istefaya göndəriləcəyi təqdirdə, rəhbərlik ona 27 milyon avro təzminat ödəməlidir. Tərəflər razılığa gələrsə, bu məbləğ azala bilər.

Daha öncə “Bavariya”nın baş məşqçi yeni bir iş tapana qədər maaşı ödəyəcəyi bildirilib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43