19 İyun 2026
Ölkə futbolu

Bu da son! Ayxan Abbasov “Şamaxı”da qalır, yoxsa yox? – DƏQİQLƏŞDİ 

Premyer Liqada qalmağı bacaran “Şamaxı” klubunda vacib görüş keçirilib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, günlərdir gözlənilən rəhbərliklə baş məşqçi Ayxan Abbasov arasında baş tutan görüşdə tərəflər ortaq məxrəcə gəliblər. Təcrübəli mütəxəssis növbəti mövsüm də “Şamaxı”nın baş məşqçi postunda qalmağa razılaşıb.

Rəhbərlik Abbasova kluba əlavə sponsorlar tapmaq üçün əlindən gələni edəcəyinin sözünü verib.

Çünki AFFA-nın növbəti mövsümdən klublara ayrılan vəsaiti azaltması bölgə təmsilçisində çətin vəziyyətə yaradıb.

Hətta büdcənin az olmasının ardından Abbasovun “şirlər”i tərk edəcəyi iddia edilirdi.

Ancaq tərəflər arasında keçirilən iclasda klubu rəhbərliyi U-21 millimizin məşqçisini vəzifədə qalmasına razı salıb.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43