12 İyul 2026
Dünya futbolu

“Bu dönəm “Barselona” tarixinin ən yaxşısı olacaq”

“Barselona”nın prezidenti Xuan Laporta baş məşqçisi Xavi barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbəri gənc mütəxəssisin rəhbərliyi ilə komandanın yeni dönəmə qədəm qoyduğunu açıqlayıb:

“Biz yeni dönəmı, Xavi dövrünə qədəm qoyuruq. Başa düşürük ki, keçən mövsüm bizim əsas məqsədimiz La Liqa idi, indi qarşımıza başqa məqsəd qoymalıyıq – La Liqa və daha bir neçə vacib kubok.

Yeni dövr başlayıb. Və biz orada yaşamaqdan şərəf duyuruq. Bu dönəm “Barselona” tarixinin ən yaxşısı olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43