Dünya futbolu

Bu futbolçu “Qalatasaray”dan gedir?

“Qalatasaray”ın futbolçusu Saşa Boy komandadan ayrıla bilər.

İdmanxeber.az “Foot Mercato”ya istinadən xəbər verir ki, fransalı futbolçunun xidmətində Almaniya Bundesliqasından “Volfsburq”, “Ayntraxt” və İngiltərədən “Kristal Palas” maraqlıdı. “Qalatasaray”la 2025-ci ilə kimi müqaviləsi olan futbolçu özü də karyerasını başqa ölkədə davam etdirməyə müsbət yanaşır.

Qeyd edək ki, “Cim-Bom” forması ilə 23 oyuna çıxan sağ cinah mudafiəçisi 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43