Almaniyanın “Leyptsiq” klubu Ezekiel Banzuzini transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik “Leven”in yarımmüdafiəçisinə görə 16 milyon avro ödəməyə hazırdır. 20 yaşlı niderlandlı özü də bu transferə razılıq verib.
Banzuzi cari mövsüm Belçika klubunda 31 oyun keçirib, 3 qol vurub və 6 məhsuldar ötürmə edib.

