Kateqoriyasız

“Bunu Avropa Liqasında da təkrarlaya bilərik” – Filip Ozobiç

“Viktoriya”nı təbrik etməliyəm. Layiq olmadıqlarını demək olmaz. Hər iki matçda daha yaxşı tərəf biz idik. Çempionlar Liqasının qrupuna adlamaq şansından yararlana bilmədiyimiz üçün təəssüflənirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç “Viktoriya”ya 1:2 hesabı ilə məğlub olduqları oyundan sonra Xorvatiya mətbuatına müsahibəsində deyib. O, daha sonra belə davam edib:

“Lex”, “Sürix”, “Ferensvaroş” kimi ölkələrinin çempionlarını sıradan çıxarmaq adan iş deyil. “Qarabağ” uzun müddətdir avrokubokların daimi iştirakçısıdır. Ötən mövsüm Konfrans Liqasının qrupundan çıxdıq. Bunu Avropa Liqasında da təkrarlaya bilərik. Azərbaycan çempionatı Xorvatiya yüksək liqası səviyyəsində deyil. Ancaq burada “Qarabağ”, “Neftçi”, “Sabah” kimi zəif olmayan rəqiblər var”.

Təcrübəli oyunçu Azərbaycan millisini seçməsinin səbəbini isə belə izah edib: “Xorvatiya millisində oynamaq şansım yox idi. Ona görə də Azərbaycan yığmasında çıxış etmək qərarına gəldim. Yığmada tək əcnəbi mən deyiləm, braziliyalı Riçard Almeyda da var”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43