Kateqoriyasız

“Qarabağ” Avroliqada bu səbətdə yer alacaq

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı 2-ci səbətdə yer alacaq.

İdmanxeber.az-ın məlumatına görə, buna “Trabzonspor”u ilə Norveçin “Budö Qlimt” klubunun Çempionlar Liqasında mübarizəni dayandırması səbəb olub.

“İkinci səbətdə Qarabağ”la yanaşı “Renn” (Fransa), PSV (Niderland), “Monako” (Fransa), “Real Sosyedad”ın (İspaniya) da yer alacağı dəqiqləşib. Bu səbətdən heç bir klub “Qarabağ”a rəqib olmayacaq.

Qeyd edək ki, qrup mərhələsinin püşkü avqustun 26-da atılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43