12 İyul 2026
Dünya futbolu

Bunu mütləq izləyin! – Türkiyə polisi Azərbaycan bayrağını… (VİDEO)

AVRO-2024-ün seçmə mərhələsinin Türkiyə – Ermənistan matçından öncə məlum qadağadan sonra bir azarkeş Azərbaycan bayrağı ilə stadiona girmək istəyib.

İdmanxeber.az-ın məlumatına görə, azarkeşlər üzərində axtarış aparan polis bir fanatın üzərində Azərbaycan bayrağını aşkar edib. Türkiyə polisi həmin bayrağı azarkeşdən alıb, səliqəli şəkilə qatlayaraq öpüb və alnının üzərinə qoyub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43