Dünya futbolu

Burak Yılmaz rəsmən “Beşiktaş”da

İstanbul təmsilçisi “Beşiktaş” “Trabzonspor”un forvardı Burak Yılmazı heyətinə qatıb. Klubun rəsmi saytından verilən məlumata görə, 33 yaşlı hücumçu ilə 2.5 illik müqavilə imzalayıb. Futbolçu artıq yeni klubunda ilk məşqinə çıxıb.

“Beşiktaş”ın bu tranfser üçün qarşı tərəfə 1 milyon avro, Buraka isə illik 2.5 milyon avro ödəyəcəyi bildirilir.

Türkiyə millisinin sabiq üzvü 2006-2008 ci illərdə “Beşiktaş”da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43