08 İyul 2026
Milli komanda

“Buraxdığımız ilk qoladək bərabər səviyyəli oyun gedirdi” – Canni De Byazi

“Buraxdığımız ilk qoladək bərabər səviyyəli oyun gedirdi. İkinci qoldan sonra isə inamı itirdik”.

İdmanxeber.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələ matçından sonra mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis öz oyunlarını göstərməyə çalışdıqlarını bildirib: “Birinci qoldan sonra sakitliyimizi qoruya bilmədik və son dəqiqələrə qədər əziyyət çəkdik”.

İtaliyalı baş məşqçi komandada debüt edən Yusif İmanov və Azər Əliyev haqqında danışıb: “Gələcəkdə bizim üçün lazımlı oyunçu ola bilərlər. Matçdan əvvəl Bəxtiyar və Antonla bağlı şübhəmiz var idi. Uzaq məsafədən gəldiyi üçün Antonun hazır olmadığını düşündük və Bəxtiyara şans verdik”.

De Byazi rəqibin təcrübəli futbolçulardan ibarət güclü kollektiv olduğunu söyləyib: “Gələcəyə inamla baxmalıyıq. Növbəti matçlarda əlimizdən gələni edəcəyik”. (report az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43