Kateqoriyasız

CAS Nurlan İbrahimovla bağlı qərarın tarixini yenidən dəyişdi

İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun sabiq mətbuat katibi Nurlan İbrahimovun UEFA-dan şikayəti ilə bağlı qərarını yenidən təxirə salıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə Nurlan İbrahimovun vəkili Fərid Haqverdiyev sosial şəbəkə hesabında yazıb.

O, CAS-ın müraciət üzrə cavabı iyulun 7-dək uzatdığını bildirib.

44 günlük Vətən müharibəsi zamanı “Facebook” səhifəsində ermənilərlə bağlı paylaşımına görə Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb. İdman Arbitraj Məhkəməsi (CAS) onun şikayəti ilə bağlı qərarı 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Lakin bu tarix artıq neçənci dəfədir dəyişdirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43