Kateqoriyasız

“Çempionlar Liqasında da tarix yazmaq istəyirik” – Maksim Medvedev

“Qarabağ”ın kapitanı Maksim Medvedev ölkə çempionluğu münasibətilə təşkil olunan tədbərdə jurnalistlərin suallarını cavablandırıb.

İdmanxeber.az xəbər verir ki, 32 yaşlı müdafiəçi öncə ölkə kubokunun finalında “Zirə” ilə oyun barədə danışıb:

– “Zirə” oyunundan yaxşı nəticə ilə dönmək fikrimiz var. İstəyirik ki, “qızıl dubl” edək. Keçən il alınmadı. Amma bu il əlimizdən gələni edəcəyik ki, hamıya Azərbaycanda ən yaxşı komanda olduğumuzu sübut edək. İnanıram ki, gələcəkdə daha yaxşı, daha perspektivli komanda olacağıq. Yeni tarix yazmağa hazırıq.

– Çempionlar Liqasında mübarizə aparacaqsız. Nə gözləyə bilərik?
– İlk növbədə çalışacağıq ki, Avstriyada yaxşı toplanış keçək. İnanıram ki, uşaqlar hara getdiyimizi dərk edir. Orada səhv etməyə haqqımız yoxdu. İstəyirik ki, azarkeşlərimizi sevindirək və daha da irəli gedək. Çempionlar Liqasında da tarix yazmaq istəyirik. Biz bunu dərk edirik. Baş məşqçi ilə də söhbətimiz olub. Artıq indidən biz onu fikirləşməliyik. Çünki hər kəsə ÇL-də oynamaq nəsib olmur. Bu fürsətdən maksimum istifadə etməliyik. Klubumuzu və öz adımızı daha da yüksəltməliyik.

– Belə fikirlər var ki, bu ilki “Qarabağ” əvvəlkilərdən daha güclüdür. Siz bu fikirlərlə razısız?
–  Mən də razıyam. Builki komanda ən yaxşı komandadır. Çünki, hərtərəfli mübarizə apara bilirik, heyətimiz genişlənib. Tək futbolçular yox, bilmədiyiniz şeylər var ki, onlar da çoxalıb. Ona görə də nəticələr gəlir. Düzdür, 8 dəfə çempion olmuşam və mənim üçün böyük nailiyyətdir. Komandada elə bəzi gənclər var ki, onlar ilk dəfə çempion oldu. Onları da təbrik edirəm. Allah qoysa, axırıncı çempionluqları olmayacaq, “Qarabağ”la yenə də çempionluqlar yaşayacaqlar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43