Kateqoriyasız

Abdulbari Gözəl: “Hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik”

“Qarabağ” Azərbaycan Premyer Liqasında qazandığı 9-cu çempionluğu qeyd edib.

İdmanxeber.az xəbər verir ki, “Dreamland” qolf adasında təşkil olunmuş mərasimə klubun fəxri prezidenti və sahibi Abdolbari Gözəl, Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl, digər rəsmi şəxslər, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında komandanın bütün üzvləri və jurnalistlər qatılıb.

Çıxış edən A.Gözəl artıq azad Qarabağı təmsil etdiklərini bildirib: “Bu gün bizim üçün qürurverici gündür. İki cəhətdən çox xoşbəxtik. Əvvəla ona görə ki, hər zaman azad Qarabağı təmsil etməyimizi istəyirdik. Cənab Prezident 44 gün ərzində bizi qələbəyə istiqamətləndirdi”.

Fəxri perzident bu uğura görə bütün klub əməkdaşlarına təşəkkür edib: “Bir müəssisədə düzgünlük yoxdursa, uğur da olmaz. Qurban Qurbanov da saf niyyətlə “Qarabağ”ı çempion etdi. Çox xoşbəxtəm, futbolçulara salam deyirəm. Bizə çox gözəl günləri yaşadan bütün əməkdaşlarımıza təşəkkürümü bildirirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43