Kateqoriyasız

CAS “Xəzər Lənkəran”ı daha 1 ay həsrətdə saxladı

"Xəzər Lənkəran"ın Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi müraciətinə bir aydan sonra baxılacaq.

İdmanxeber.com-un məlumatına görə, Cənub komandasının Veldin Muharemoviçin şikayəti əsasında transfer qadağasına məruz qalmasının ardından rəhbərlik CAS-a müraciət etmişdi. Bu ayda şikayətə baxmalı olan məhkəmə daha bir ay təxirə salınıb.

Aprel ayından bəri qərarın verilməsi təxirə salınır.

Qeyd edək ki, 2011-ci ildə "Xəzər Lənkəran”a baxışa gələn Veldin Muharremoviç "ağ-yaşıllar”da debüt etmədən yola salınıb. Bosniya və herseqovinalı oyunçu daha sonra cənub klubundan FİFA-ya şikayət edib. FİFA isə məsələ ilə bağlı son qərarında "Xəzər Lənkəran"a cərimələri ödəməsini bildirib və kluba qış və yay ayları üçün transfer qadağası qoyulub. Buna etiraz olaraq isə Lənkəran təmsilçisi Beynəlxalq İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43