12 İyul 2026
Dünya futbolu

“Çelsi” futbolçusuna qiymət qoydu

“Çelsi” 21 yaşlı Yan Matsen üçün qiymət müəyyən edib.

İdmanxeber.az-ın məlumatına görə, London klubu futbolçunu 20 milyon funt-sterlinq dəyərində (23 milyon avro) qiymətləndirib. Müdafiəçinin bu mövsüm icarə əsasında çıxış etdiyi “Bernli” oyunçunu saxlamaq istəyir.

Bu mövsüm Matsen komandanın heyətində bütün turnirlərdə 42 oyuna çıxıb, 4 qol vurub və 6 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43