“Çelsi” yeni transfer həyata keçirməyə hazırlaşır.
İdmanxeber.az-ın məlumatına görə, “zadəganlar” “Brayton”un hücumçusu Joao Pedro ilə razılaşıb. “Çelsi” 23 yaşlı hücumçu üçün 50 milyo funt-sterlinq ödəyəcək.
Tərəflər arasındakı müqavilə 2032-ci ilin yayına qədər nəzərdə tutulacaq.
Ötən mövsüm Pedro 30 oyuna çıxıb, 10 qol vurub və 7 məhsuldar ötürmə verib.

