“Çelsi” futbolçusu Ben Çiluelin sözləşməsini uzadıb.
İdmanxeber.az-ın məlumatına görə, 2020-ci ildən London klubunun şərəfini qoruyan müdafiəçi daha 4 il “zadəganlar”ın uğurları üçün çalışacaq. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Ben Çiluel “Lester”dən “Çelsi”yə transfer olunmuşdu.

