“Çelsi”dən ayrılan Baba Rahman karyerasını Yunanıstanda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı oyunçu PAOK-la razılığa gəlib. Qanalı futbolçu ilə müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Baba 2015-ci ildən “Çelsi”də çıxış edir. Bu müddət ərzində o, 2015/16 mövsümündə klubda 23 oyun keçirib. Qalan mövsümlərdə müdafiəçi icarəyə göndərilib.

