05 İyul 2026
Dünya futbolu

“Qarabağ” və “Neftçi” dünya reytinqində gerilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” ötən ayla müqayisədə 3 pillə geriləyib. Ölkə çempionu 138,5 xalla 74-cüdür. 67 xala malik “Neftçi” 4 sıra itirərək 291-ci olub.

Reytinqdə lider dəyişməyib. İspaniyanın “Real” klubu 315 xalla birincidir.

UEFA Çempionlar Liqasının qalibi olan İngiltərənin “Mançester Siti” komandası 311 xalla ikincidir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43