28 İyun 2026
Dünya futbolu

“Çelsi”nin futbolçusu Bundesliqa nəhənginə keçir

“Çelsi”nin futbolçusu Kristofer Nkunku komandadan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, “Bavariya” və “Yuventus” futbolçu ilə maraqlanır. Ulduz oyunçu da  yay transfer dönəmində “Çelsi”dən ayrılmaq istəyir və artıq iki nəhəng klub onunla bağlı məlumat toplayıb. 

Mövsüm başa çatdıqdan sonra klublar London təmsilçisinə təklif göndərəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43