04 İyul 2026
Dünya futbolu

“Çelsi”nin futbolçusu “Everton”a keçir

“Çelsi” transfer pəncərəsinin bağlanmasından əvvəl oyunçu satışı ilə məşğuldur.

İdmanxeber.az xəbər verir ki, London klubu Kirnan Dyusberi-Hollun “Everton”a transferinə razılıq verib. Müqavilənin dəyəri bonuslarla birlikdə 31 milyon avrodur. 26 yaşlı yarımmüdafiəçi 2030-cu ilə qədər “Everton”la müqavilə imzalayacaq.

“Çelsi” Karni Çukvuemeka, Lesli Uqoçukvu və Armando Broyanı da satmağa yaxındır.

Yay transferlərində 280 milyon avro xərcləyən klub, satışlardan 152 milyon avro qazanaraq, balansı qorumaq istəyir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43