Kateqoriyasız

“Çelsi”nin sabiq qapıçısı “Qarabağ”da (Rəsmi)

“Qarabağ” transfer pəncərəsinin son günündə növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın klubun saytına istinaqdən yaydığı xəbərə görə, Ağdam klubu İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan bosniya və herseqovinalı qapıçı Asmir Beqoviçi cari ilin sonuna qədər icarəyə götürüb.

32 yaşlı qapıçı peşəkar karyerasına İngiltərənin “Portsmut” klubunda başlayıb.2017-ci ildən “Bornmut”da oynayan qapıçı “İpsviç”, “Stok Siti”, “Çelsi” kimi klublarda çıxış edib. Beqoviç 2009-cu ildən dəvət aldığı Bosniya və Hersqovina millisində 61 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43