UEFA Çempionlar Liqasında 1/8 finalın ilk oyunları davam edir.
İdmanxeber.com-un məlumatına görə, bu gün daha 2 qarşılaşma keçirilib.
İngiltərədə "Arsenal" La Liqanın zirvəsində qərarlaşmış "Barselona"nı qonaq edib. İki qolun vurulduğu qarşılaşmadan "Barsa" qalib ayrılıb.
İtaliyada "Yuventus" isə Almaniyada rəqib tanımayan "Bavariya" ilə münasibətlərə aydınlıq gətirməyə çalışıb. 2 top geri düşməsinə rəğmən əzmkarlıq nümayiş etdirən "qoca sinyora" cavab matçına ümid saxlamağı bacarıb.
23 fevral
Çempionlar Liqası, 1/8 finalın ilk oyunları
23:45. "Arsenal" (İngiltərə) – "Barselona" (İspaniya) 0:2
Qollar: Messi, 72, 83 (pen)
Hakimlər: Cüneyt Çakır, Bahattin Duran, Tarık Ongun və Cem Satman (hamısı Türkiyə)
23:45. "Yuventus" (İtaliya) – "Bavariya" (Almaniya) 2:2
Qollar: Dibala, 63, Stuaro, 76, Müller, 43, Roben, 55
Hakimlər: Martin Atkinson, Maykl Mullaki, Steven Çayld və Qari Besvik (hamısı İngiltərə)