Dünya futbolu

Çempionlar Liqası: ilk yarımfinalçı bəlli oldu – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, turnirin ilk finalçısı İtaliyadakı Milan derbisində bəlli olub. “İnter” səfərdə 2:0 hesabı ilə məğlub etdiyi “Milan”ı evdə də üstələyib -1:0.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
16 may

23:00. “İnter” (İtaliya) – “Milan” (İtaliya) 1:0

Qol: Lautaro Martines
Baş hakim: Kleman Türpen (Fransa)
Milan, “Cüzeppe Meatsa” stadionu
İlk oyun – 2:0

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniya “Real Madrid”i İngiltərədə “Mançester Siti”nin qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43