02 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: Mahir oynadı, komandası uduzdu

Mahir Emrelinin formasını geyindiyi “Dinamo” (Zaqreb) Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçında Yunanıstan AEK-ini qonaq edib.

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşma Zaqreb təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Mahir Emreli də bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 46-cı dəqiqədə Dario Şpikiçin əvəzinə meydana daxil olub.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 19 avqust tarixində Afinada baş tutacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43