“Yuventus” rəhbərliyi baş məşqçi Massimiliano Alleqrini qarşısına şərt qoyub.
İdmanxeber.az məlumat verir ki, “qoca sinyora” bu mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməsə, 56 yaşlı mütəxəssislə yollar ayrılacaq.
Alleqri “Yuventus”da 2-ci dönəmini yaşayır. Turin klubu hazırda A Seriyasında 59 xalla 3-cüdür. Onlar 5-ci yerdəki “Roma”nı 7 xal qabaqlayır.