12 İyul 2026
Dünya futbolu

Çempionlar Liqası: “Qalatasaray” qalib gəldi – Gecənin nəticələri

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulub. 

İdmanxeber.az xəbər verir ki, ikinci oyun gündə 3 matç keçirilib.

Türkiyə “Qalatasaray”ı da bu gün pley-offun ilk oyununa çıxıb. İstanbul təmsilçisi “Molde”nin qonağı olub. “Qalatasaray” 90+3-cü dəqiqədə vurulan qolla 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu mərhələnin cavab oyunları 29-30 avqust tarixlərində keçiriləcək.

23 avqust

23:00. “Molde” (Norveç) – “Qalatasaray” (Türkiyə) – 2:3

Qollar: Ellinqson, 8 (1:0), Oliveyra, 25 (1:1), İkardi, 29 (1:2), Hauqan, 56 (2:2), Midtsyo, 90+3 (2:3)

23:00.  “Braqa” (Portuqaliya) – “Panatinaikos” (Yunanıstan) – 2:1

Qollar: Ruiz, 51 (1:0), Fernandes, 74 (2:0), Mançini, 90+5 (2:1)

23:00. “Yanq Boyz” (İsveçrə) – “Makkabi” (Hayfa, İsrail) – 0:0

22 avqust

23:00. “Antverpen” (Belçika) – AEK (Yunanıstan) – 1:0

23:00. “Rakov” (Polşa) – “Kopenhagen” (Danimarka) – 0:1

23:00. “Reyncers” (Şotlandiya) – PSV (Niderland) – 2:2


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43