14 İyul 2026
Ölkə futbolu

Çempionlar Liqası: “Qarabağ”ın potensial rəqibi bəlli oldu – YENİLƏNİB

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi ilk turda “Linkoln”u keçərsə, “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Ağdam təmsilçisinin ilk görüşü səfərdə olacaq. “Köhlən atlar” “Linkoln”u keçə bilməsə, yoluna Konfrans Liqasının III təsnifat mərhələsində davam edəcək.

II təsnifat mərhələsinin ilk oyunları 25-26 iyulda, cavab görüşləri isə 1-2 avqustda keçiriləcək.

 

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43