Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.az xəbər verir ki, püşkdə 2-ci təsnifat mərhələsinin “Şelbrun” (Shelbourne) – “Qarabağ” cütünün rəqibi də bəlli olub.
“Qarabağ” daha yüksək reytinqi səbəbindən səpələnmişlər səbətində yer alıb.
Püşkün nəticəsinə əsasən, “Şelbrun” – “Qarabağ” cütünün cütünün qalibi 3-cü mərhələdə “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq.
“Qarabağ” mərhələ keçsə, ilk oyunu evdə keçirəcək.
3-cü mərhələnin oyunları 5/6 avqust və 12 avqust tarixlərində keçiriləcək.

