Kateqoriyasız

Çempionlar Liqası: PSJ “Real”ı məğlub etdi, “Mançester Siti”dən darmadağın

Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.

İdmanxeber.az-ın məlumatına görə, bu mərhələnin ən çox maraqla gözlənilən oyunlarından olan PSJ – “Real” qarşılaşmasında parislilər son dəqiqədə vurduğu qolla qələbə qazanan tərəf olub.

Günün digər qarşılaşması Portuqaliyada keçirilib. Burada “Sportinq” İngiltərə nəhəngi “Mançester Siti”ni qəbul edib. Görüş qonaqların böyühesablı qələbəsi ilə yekunlaşıb.

UEFA Çempionlar Liqası, 1/8 final mərhələsi

İlk oyunlar

15 fevral

00.00. (Bakı vaxtı ilə). PSJ (Fransa) – “Real” (İspaniya) – 1:0

Qol: Mbappe, 90+4

Reallaşdırılmayan penalti: Messi, 62 (PSJ) – qapıçı zərbəni dəf edib.

Baş hakim: Daniele Orsato (İtaliya)

00:00. “Sportinq” (Portuqaliya) – “Mançester Siti” (İngiltərə) – 0:5

Qollar: Mahrez, 7, Bernardo Silva, 17, 44, Foden, 32, Sterlinq, 58

Baş hakim: Srcan Yovanoviç

16 fevral

00:00. “Zalsburq” (Avstriya) – “Bavariya” (Almaniya)

00:00. “İnter” (İtaliya) – “Liverpul” (İngiltərə)

22 fevral 

00:00. “Çelsi” (İngiltərə) – “Lill” (Fransa)

00:00. “Vilyarreal” (İspaniya) – “Yuventus” (İtaliya)

23 fevral

00:00. “Benfika” (Portuqaliya) – “Ayaks” (Niderland)

00:00. “Atletiko” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43