06 İyul 2026
Kateqoriyasız

Çempionlar Liqasında Madrid finalını “Real” qazandı (YENİLƏNİB)

UEFA Çempionlar Liqasında 2015-2016 mövsümünə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, final matçında İspaniyanın iki təmsilçisi "Real" və "Atletiko" üz-üzə gəlib.

İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib – 1:1. Kubokun sahibini penaltilər müəyyənləşdirib. "Lotoreya"da qələbə qazanan tərəf isə "Real" olub.

Qeyd edək ki, iki il öncə də ÇL-in finalında üz-üzə gələn tərəflərin mübarizəsində "Real" qələbə qazanan komanda olmuşdu.

28 may

Çempionlar Liqası, final

22:45. “Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) 1:1

Qol: Serxio Ramos, 15 (1:0), Karrasko, 79 (1:1)

Penaltilər

Real: + + + + +

Atletiko: + + + –

Baş hakim: Mark Klattenburq

Köməkçi hakimlər: Simon Bek, Ceyk Kollin

Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)

Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)

Milan. “San Siro” stadionu



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43